Accessibility links

Azərbaycanın gənclər və idman naziri vəfat edib


Azad Rəhimov

Aprelin 30-da Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Facebook səhifəsində məlumat yayıb.

“Azad Rəhimov aprelin 30-da Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi,” mətbuat katibi qeyd edib

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 7 fevral 2006-cı ildən Azərbaycanın gənclər və idman naziri idi.

Dünyaya Baxış

Dünyaya Baxış. ​​Ukrayna və Rusiya bir-birini Kaxovka bəndini partlatmaqda ittiham edir
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG