Accessibility links

Azərbaycanın keçmiş səfirinin Rusiyaya girişinə 50 il qadağa qoyulub


Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin "İnternetdə millətlərarası ədavəti qızışdıran açıq fikirlərə görə" 50 il müddətinə Rusiya ərazisinə girişini qadağan edib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Qazaxıstandakı "dil patrulları”nı təşkil edən və rusiyalıları qazaxlara etinasız münasibət göstərməkdə ittiham edən Qazaxıstan vətəndaşı Kuat Ahmetova da analoji qadağa qoyulub.

"Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, Rusiya, onun sakinlərinə və xaricdə yaşayan həmvətənlərə qarşı destruktiv hərəkətlərə çağıran xarici vətəndaşlar ölkə ərazisinə buraxılmayacaqlar," məlumatda bildirilir.

Vahabzadə Rusiya Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanın ünvanına söylədiyi təhqirə təhqirlə cavab verib.

Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya Dumasının deputatı Vladimir Jirinovski “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının iyulun 30-da efirə gedən buraxılışında Azərbaycan rəhbərliyinin ünvanına təhqiramiz fikirlər səsləndirib.

Bundan sonra, avqustun 1-də Azərbaycan Rusiyaya etiraz notası təqdim edib.

"Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışı qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun deyil, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsi qəbuledilməzdir," Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

Jirinovski bir neçə il öncə də azərbaycanlıların ünvanına təhqiramiz ifadələr işlədib.

Müşhaidəçilər Vahabzadənin cavabını həm də həmin təhqiramiz ifadələrə cavab kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG