Accessibility links

Azərbaycanın kişilərdən ibarət cüdo millisinin məşqçi heyəti istefaya göndərilib


Azərbaycanın kişilərdən ibarət cüdo millisinin Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandanda kənarlaşdırılıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının məlumatında deyilir.

Məlumata görə, həmçinin yüksək əmək haqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.

Qərar avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilən iclasda qəbul olunub.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevdir. Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin prezidentidir. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının da prezidentidir.

Azərbaycanın cüdo millisində Tokio Olimpiadasına 7 kişi idmançı qatılıb. Onların heç biri medalçılar sırasında deyil. Azərbaycan cüdoçuları Rio Olimpiadasında 2 gümüş medal qazanıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG