Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfərə gedib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.
Məlumata görə, müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.