Accessibility links

Azərbaycanın milli güləş komandasının üzvləri koronavirusa yoluxub


Azərbaycanın sərbəst güləş üzrə milli komandasının bir neçə üzvü koronavirusa yoluxub.

Azərbaycan Güləş Federasiyasının məlumatında deyilir ki, noyabrın 20-də növbəti dəfə bütün heyət testdən keçirilib.

“Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb,” məlumatda qeyd edilir.

Dünən ölkədə koronavirusa yoluxma yeni antirokorda yüsəlib, 3196 nəfər yoluxub, 24 nəfər vəfat edib. Ekspertlər infeksiyaya yoluxmanın daha da artacağını güman edir.

Hökumət karantin rejimini dekabrın 28-dək uzadıb. Məktəblərdə dərslər online qaydada davam etdirilir, Bakı metrosu bağlanıb, həftə sonları ölkə ərazisində ictimai nəqliyyatın hərəkəti tam dayandırılır, açıq və qapalı yerlərdə maska taxmaq məcburidir.

Fövqəladə Hallar Nazilriyi əhalini xüsusi karantin rejiminin tələblərinə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə edin, başqa şəxslərlə minimum iki metr sosial məsafə saxlayın, əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!” nazirliyin əhaliyə müraciətində deyilir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG