Accessibility links

Azərbaycanın on milyonuncu sakini doğulub


10 milyonuncu sakin doğulub
10 milyonuncu sakin doğulub

Aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.

AZƏRTAC dövlət agentliyinin məlumatına görə, Azərbaycanın 10 milyonuncu sakini keçmiş Ağdərə rayonunda doğulan, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Çərkəz qızı Ocaqova ilə Rauf Yunis oğlu Həsənovun ailəsində dünyaya gəlib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını, uşağın valideyinlərini təbrik edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi də Azərbaycan xalqını təbdik edib: “Bu gün ölkənin 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Yeni doğulmuş uşağa həyat boyu sağlamlıq, məhəbbət və xoşbəxtlik arzulayırıq!” təbrikdə deyilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisi ölkə müstəqillik qazananda, 1991-ci ildə 7218,5 milyon nəfər, 1994-cü ildə 7549,6 milyon, 2003-cü ildə 8269,2 milyon, 2018-ci ildə isə 9898,1milyon nəfər olub.

Rəsmi statistikaya görə, əhalinin 5238,8 milyon nəfəri şəhərlərdə, 4660.3 milyon nəfəri isə kəndlərdə yaşayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG