Azərbaycanlı üzgüçü Raman Saleh Tokioda keçirilən Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, arxası üstə 100 metrədək üzgüçülükdə birinci yeri tutub.
Bu gün daha bir qızıl medalı cüdoçu Vüqar Şirinli qazanıb. O 60 kiloqram çəki kateqoriyasında qalib olub.
Beləliklə Azərbaycan paralimpiyaçıları üç qızıl, bir bürünc medal qazanıb.
Azərbaycanın Tokio olimpiadasında iştirak edən Milli Paralimpiya Komandasına 35 idmançı daxildir. Onların 23 nəfəri kişi, 12 nəfəri qadındır.