Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad edilib.
Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Oqtay Şirəliyev 2005-ci ilin oktyabrından səhiyyə naziri idi.
Prezidentin digər sərəncamı ilə Teymur Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib və səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona tapşırılıb.
Oqtay Şirəliyevin nazir vəzifəsindən uzaqlaşdırılması aprelin 22-də ölkənin iki aparıcı tibb müəssisəsinin rəhbərinin və çoxsaylı tibb işçilərinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rüşvət faktı üzrə həbsindən sonraya təsadüf edir.