Accessibility links

Azərbaycanın səhiyyə qurumları yaşlı insanlara 3-cü doza peyvəndlənməni tövsiyyə edir


Vaksinasiya
Vaksinasiya

Azərbaycanda yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza ("buster" doza) ilə peyvəndlənmələri tövsiyə edilir.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

“Son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin alan bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza ("buster" doza) ilə peyvəndlənmələri tövsiyə edilir,” rəsmi qurumlar qeyd edir.

Hazırda "Azərbaycan Respublikasında "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 6 milyon 249 min 673-ə, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 772 min 533, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 477 min 140 nəfərə çatıb.

Azərbaycan Səhiyyə nazirinin birinci müavini Teymur Musayev bildirib ki, ölkədə koronavirusun üçüncü dalğası yaşanır.

"Koronavirusa yoluxma sayının artmasına səbəb "delta" ştammıdır," nazir müavini yerli mediaya müsahibəsində qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

XS
SM
MD
LG