Accessibility links

Azərbaycanın saxladığı sərhəd pozucusu əvvəllər də sərhədi pozub


Sərhəd
Sərhəd

Azərbaycanın İranla sərhədində iki sərhəd pozucusu sərhədçilərə atəş açıb. Azərbaycan sərhədçilərinin silahlı cavabı nəticəsində sərhəd pozucularından biri geriyə, İrana qaçıb, digəri yaralanaraq təslim olub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, insident noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin (Bakından 211 kilometr cənub) xid­məti ərazisində baş verib.

Nəsirinin 2018-ci ilin 21 iyununda si­lahlı müqavimət göstərməklə çavuş Ramazan Kurupovu yaralamış şəxs olması müəyyən edil­ib

“Yaralanan sərhəd pozucusu Azərbaycanın Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilib. Araşdırma zamanı saxlanılan şəxsin Nəsiri Şəhzad Şekar olması müəyyən edilib. Nəsiri 2007-ci il sentyabrın 20-də də sərhəd pozucusu qismində tutulub, narkotik qa­çaq­malçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycanda azadlıqdan məhrum edilib və 2014-cü ildə İran tərəfinə təhvil verilib. Nəsirinin 2018-ci ilin 21 iyununda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində dövlət sər­hə­dinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı si­lahlı müqavimət göstərməklə çavuş Ramazan Kurupovu yaralamış şəxs olması da müəyyən edil­ib”, məlumatda qeyd edilir.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev hadisə yerində olub.

İran tərəfi Azərbaycan Sərhəd Xidmətinin məlumatına hələ münasibət bildirməyib.

Son illər İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirməyə cəhd edilən yüzlərlə kiloqram müxtəlif narkotik maddələr və minlərlə narkotik tərkibli həblər götürülüb. Sərhəddə silahlı insidentlər də qeydə alınıb. Aşkar edilən narkotik qaçaqmalçılığı faktları göstərir ki, əsasın yük avtomobilləri vasitəsi ilə gömrük-keçid məntəqləri, dəniz və su sərhədlərini qanunsuz pozmaq halları ilə narkotikin daşınmasına cəhd edilir.

XS
SM
MD
LG