Accessibility links

Azərbaycanın tanınmış gülüş ustası koronavirusdan vəfat edib


Arif Quliyev
Arif Quliyev

Azərbaycanın tanınmış gülüş ustası Arif Quliyev vəfat edib. O aprel ayında koronavirus diqanozu ilə xəstəxanaya yerləşdirlmişdi. Xəstəxana bildirib ki, aktyorun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulubmuş.

Arif Quliyev 1950-ci il mayın 16-da anadan olub. O Azərbaycanda bir sıra filmlərdə və tamaşalarda əsas rolları oynayıb.

Aktyor “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda, “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərində canlandırdığı obrazlarla yadda qalıb.

Arif Quliyev 1993-cü ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən son bir ildə Azərbaycanın ondan çox tanınmış müğənnisi, aktyoru, elm adamı vəfat edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG