Accessibility links

Azərbaycanın Xəzər Universiteti 1115 universitet sırasında 401-600-cü, Bakı Dövlət Universiteti 1000+ yeri bölüşür


Universitetlərin reytinq cədvəli
Universitetlərin reytinq cədvəli

Azərbaycanın Xəzər Universitetinin adı dünyanın ən yaxşı ali məktəblərindən biri kimi reytinq cədvəlinə salınıb.

Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrə ən yüksək nəticə göstərən universitet kimi reytinq cədvəlində 401-600 sıralarında yer alıb.

Xəzər Universiteti təhsilin keyfiyyəti üzrə 101-200 sırasında yer tutaraq, öz təhsilinin keyfiyyətini təsdiqləyib.

Beləliklə, Xəzər Universiteti sahələrin biri üzrə 101-200-cü yerdə, ikincisi üzrə 201-300-cü yerdə, dördüncüsü üzrə 301-400-cü yerdə, birincisi üzrə 301+ yerdə, üçüncüsü üzrə 401+ yerdə, beşincisi üzrə isə 401-600-cı yerdə qərarlaşıb.

Bununla yanaşı, Qərbi Xəzər Universiteti 601-800-cü yeri, Bakı Dövlət Universiteti isə 1000+ yeri bölüşür.

“THE University Impact Rankings 2021” reytinq cədvəli BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edir.

Reytinqin 3-cü nəşrinə 94 ölkədən 1115 universitet daxil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG