Accessibility links

Azərbaycanın 700-dən çox yanöğınsöndürəni Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub


Azərbaycanın yeddi yüzdən çox yanöğınsöndürəni Türkiyədə meşə yanğınlarının söndürlməsinə cəlb olunub
Azərbaycanın yeddi yüzdən çox yanöğınsöndürəni Türkiyədə meşə yanğınlarının söndürlməsinə cəlb olunub

Azərbaycan yanğınsöndürənləri Türkiyədə meşə yanğınlarının söndürülməsində fəaliyyətini davam etdirir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqustun 7-də Azərbaycandan göndərilən yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup yanğınların söndürülməsi əməliyyatlarına qoşulub. Avqustun 7-də həmçinin təyyarə ilə yola salınmış dördüncü qrup da əməliyyatlara başlayıb.

Azərbaycanın bu yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.

Hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 710 şəxsi heyəti, 93 texnikası, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınsöndürmə əməliyyatlarında iştirak edir.

Azərbaycan yanğınsöndürənləri avqustun 8-də Türkiyənin Aydın vilayətinin Akçaova kəndində meşə massivində yanğınları söndürüb.

Bundan öncə isə Azərbaycan yanğınsöndürənləri Muğla vilayətindəki Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını yanğından mühafizə edib.

XS
SM
MD
LG