Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək qalib olub.
AZƏRTAC-ın məlumatına görə, Rəcəbov final mərhələsinin cavab matçında rəqibi Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan azərbaycanlı şahmatçı turnirdə birinci yeri tutub.
O, yanvarın 2-də keçirilən birinci matçda rəqibinə 2,5:1,5 hesabla qalib gəlib.
“Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran 33 yaşlı Teymur Rəcəbov dörddə bir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.
Şərhlərə bax
Hesabın artıq var? Daxil olun
Qeydiyyatdan keçməmisiniz? Yazılın
Daha çox şərh yüklə