Accessibility links

Azərbaycan Əfqanıstanda səfirliyini açır


Azərbaycan və Əfqanıstan bayraqaqları

Dekabrın 30-da Milli Məclis Azərbaycanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanun qabul edib.

Qanuna əsasən, Azərbaycanın Səfirliyi Kabil şəhərində təsis ediləcək.

Müzakirələr zamanı deputatlar Əfqanıstanın Qarabağ münaqişəsilə bağlı qəti dəstəyini, iki ölkə arasında möhkəm siyasi əlaqələrin olduğunu bildirib.

“Əfqanıstanla əlaqələr bu gün olduqca vacibdir. Beynəlxalq səviyyədə, o cümlədən islam dünyası ilə əlaqələrin qurulması üçün bu gün bu qanun layihəsinin qəbulu olduqca stratejidir. Belə bir səfirliyin açılması Azərbaycanın milli maraqlarına tam uyğundur,” Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib.

Azərbaycan prezidenti qanunu imzaladıqdan sonra qüvvəyə minəcək.

Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulub. Əfqanıstan 2012-ci ilin noyabrında Azərbaycanda Səfriliyini açıb.

Hazırda Azərbaycanın Türkmənistandakı Səfirliyi eyni zamanda Əfqanıstanda akkreditə olunub.

Azərbaycan 2002-ci ildən NATO ilə əməkdaşlıq çərçivəsində Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasında iştirak edir. Azərbaycanın Qətiyyətli Dəstək Missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG