Accessibility links

Azərbaycan Əfqanıstandan sülhməramlılarını çıxarmağı planlaşdırır


Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.

Bu barədə yerli mediada yayılan xəbərləri Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti Amerikanın Səsinə təsdiq edib.

Anca, nazirlikdən Azərbaycanın sülhməramlılarının Əfqanıstandan nə vaxt çıxarılmasının planlaşdırıldığı barədə məlumat verilməyib.

ABŞ mayın 1-dən qoşunlarını Əfqanıstandan çıxarmağa başladğını elan edib. Bununla paralel olaraq NATO ölkələri də hərbi qüvvələrini bu ölkədən çıxarılacağını bildirib.

Əfqanıstanda 2500-3000 ABŞ əsgəri və təxminən 7,000 NATO əsgəri var.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Hazırda bu ölkədə Azərbaycanın 120 sülhməramlısı var.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG