Accessibility links

Azərbaycan - azad olmayan ölkə


Freedom House-un illik hesabatında bildirilir ki, Avrasiya ölkələrinin zəngin elitar təbəqəsi hakimiyyəti əldə saxlamaq üçün üstünlüklərindən sui-istifadə edir.

Ermənistanda isə bu tendensiyaya son qoyularaq qeyri-polulyar lider hakimiyyətdən uzaqlaşdırılıb və yeni seçkilər yolu ilə islahat tərəfdarı yeni prezident hakimiyyətə gəlib.

Nikol Paşinyanın hakimiyyətə gəlişi Ermənistanda liberal islahatlarla müşayiət olunur.

Ermənilər 2018-ci ildə Serj Sarkisyanın prezidentlikdən baş nazir vəzifəsinə keçid cəhdinə etiraz edib. Müxalifət lideri Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz aksiyaları ilə Sarkisyan istefa verməli olub.

Rusiyada jurnalistlər və fəallar hələ də həbs, zorakılıq, hətta qətl riski altında fəaliyyət göstərməkdə davam edir. 2018-ci ildə Rusiyada bir neçə jurnalist müəmmalı şəkildə həyatını itirib.

Hesabatda Özbəkistan və Ermənistanda gedən demokratikləşmə prosesiləri təqdir olunduğu halda Rusiya və Azərbaycan hesabatın bir neçə yerində tənqid edilir.

Qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurlarından sui-istifadədən və həqiqi siyasi opponentlərin təqibindən, habelə birbaşa fırıldaqdan faydalanmaqla növbəti müddətə prezidentliklərini təmin edib.

İlham Əliyev və Vladimir Putin oxşar repressiv metodlardan istifadə edərək uzun dönəm hakimiyyətdə qalıblar.
İlham Əliyev və Vladimir Putin oxşar repressiv metodlardan istifadə edərək uzun dönəm hakimiyyətdə qalıblar.

Hesabata görə, Azərbaycan 2019-cu ildə də "azad olmayan" ölkələr kateqoriyasında qalır. Onun Cənubi Qafqazdakı iki qonşusu - Ermənistan və Gürcüstan "qismən azad" ölkələr hesab edilir.

Təşkilat dünyanın 68 ölkəsinin 2018-ci il ərzində siyasi hüquqlar və vədətdaş azadlıqları baxımından geriləmə müşahidə edildiyini deyir. 50 ölkədə irəliləmə qeydə alınıb.

Hesabatda deyilir ki, 13 il davamlı olaraq qlobal azadlıq sahəsində geriləmə müşahidə edilib.

Hesabatda 195 ölkədə demokratiya və insan haqlarının vəziyyəti təhlil edilib.

Bunlardan 86 ölkə (44 faiz) azad, 59 ölkə (30 faiz) qısmən azad və 50 ölkə (20 faiz) azad olmayan ölkələr kateqoriyasına daxil edilib.

86 ölkə (44 faiz) azad, 59 ölkə (30 faiz) qısmən azad və 50 ölkə (20 faiz) azad olmayan ölkələr kateqoriyasına daxil edilib

Hesabatda qeyd olunur ki, getdikcə artan sayda ölkə mühacir, sürgündə olan və diaspora üzvü olan keçmiş soydaşların hədəflənməsi ilə məşğul olub.

Freedom House təşkilatı keçmiş həmvətənləri xaricdə hədəfləyən və onlardan qisas alan 24 ölkəni müəyyənləşdirib. Bunlar arasında Rusiya, Çin, İran, Türkiyə və Səudiyyə Ərəbistanı da var.

Hesabatda azad olmayan 50 ölkə arasında “pisin pisi” kateqoriyası müəyyənləşdirilib.

Bunlar Suriya, Cənubi Sudan, Eritrea, Türkmənistan, Şimali Koreya, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tacikistan, Özbəkistan, Mərkəzi Afrika Respublikası və Liviyadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG