Accessibility links

Azərbaycan 13 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verib


AZAL Şirkəti

Sentyabrın 6-dan Azərbaycana daha bir neçə ölkə vətəndaşının uçuşuna icazə verib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə 13 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Bu ölkələr, - Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiyadır.

Bu ölkənin vətəndaşları yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycana daxil ola bilərlər. 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında ölkəyə gələ bilər.

Həmin şəxslər Azərbaycanı tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Xatırladaq ki, bu il iyunun 21-dən ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan ərazisinə səfər etməsinə icazə verilib. Bundan öncə isə Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə bu il noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib. Xüsusi karantin rejimi dövründə ölkənin quru və dəniz sərhədləri insaların keçidi üçün bağlıdır.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG