Accessibility links

Azərbaycan 21 məhkumu İrana təhvil verib


Bu gün, yanvarın 19-da Azərbaycanda cəza çəkən 3-ü qadın olmaqla, 21 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib. Bununla da Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.

Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidməti məumat yayıb.

Mətbuat xidməti bildirir ki, son 5 ildə 136 məhkum İran tərəfinə verilib, bununla yanaşı həmin dövrdə 100-ə yaxın iranlı məhkum fərdi qaydada Azərbaycan Prezidenti tərəfindən əfv olunub.

Nazirlik təhvil verilən məhkumların hansı cinayətlərdə suçlu bilinməsi barədə məlumat vermir.

Müşahidəçilər İran vətəndaşlarının Azərbaycanda əsasən narkotik cinayətləri üzrə məhkum edildiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG