Accessibility links

Azərbaycan 432 000 doza AztraZeneca, 300 000 doza Sputnik V vaksini alacaq


Azərbaycan altı ay ərzində 732 min doza COVİD-19 vaksinini ölkəyə gətirəcək.

Bu barədə baş nazir Əli Əsədovun imzaladığı sərəncamlarda deyilir.

Sərəncama görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanan sazişə əsasən İsveç Krallığının “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksini 180 gün müddətində Azərbaycana idxal olunacaq.

Baş nazirin digər sərəncamında deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanan sazişə əsasən 300 000 doza “Sputnik V” vaksini 180 gün müddətində Azərbaycana idxal ediləcək.

Azərbaycan bundan öncə Çinin "Sinovac" şirkətindən 4 milyon doza "CoronaVac" vaksini alınması barədə saziş imzalayıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 436 849 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG