Accessibility links

Azərbaycan 44 ölkədən quş və quşçuluq məhsillarının idxalına qadağa qoyub


Quş və quşçuluq məhsulları

Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sisteminin (WAHIS) məlumatlarına əsasən, hazırda dünyanın 54 ölkəsində quş qripi xəstəliyi davam etməkdədir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirib ki, ev quşları arasında xəstəlik alovlanmaları qeydə alınan, Azərbaycanla idxal əlaqəsi olan 44 ölkədən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Qalan 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün məhdudiyyət tədbirləri tətbiq edilməyib.

Məhdudiyyət təbiq edilən ölkələr sırasında Rusiya, Qazaxıstan, İran, Çin, ABŞ, Avstraliya, Almaniya, Fransa, ümumilikdə Avropa, Afrika, Asiya qitələrinin çoxsaylı ölkələri var.

Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen “quş qripi” 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.

2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda “quş qripi” xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG