Accessibility links

Azərbaycan ABŞ-dan quş əti idxalına qadağanı aradan qaldırıb


Quş qripi

Azərbaycan quş qripi ilə əlaqədar ABŞ-dan quş əti idxalına qoyduğu qadağanı aradan qaldırıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məlumatında deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina və Şimali Karolina ştatlarında qeydə alınmış aşağı patogen quş qripi xəstəliyinin aradan qaldırıldığı barədə məlumat yayıb.

“Bununla əlaqədar, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, ABŞ-ın Cənubi Karolina və Şimali Karolina ştatlarından bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. Bununla bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə məlumat verilib,” məlumatda deyilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.

Azərbaycan bu il quş qripi səbəbindən bir çox ölkələrdən, o cümlədən Albaniyadan, İraqdan, Lesoto Krallığından, İngiltərədən, Şimali İrlandiyadan, Cənubi Afrika Respublikasından, həmçinin digər 44 ölkədən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. Məhdudiyyət tətbiq edilən ölkələr sırasında həmçinin Rusiya, Qazaxıstan, İran, Çin, Avstraliya, Almaniya, Fransa var.

Rəsmi qurumların məlumatına görə, ölkədə bu il quş qripi aşkar edilməyib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen “quş qripi” 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.

2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda “quş qripi” xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG