Accessibility links

Azərbaycan bir sıra kəndlərə və yüksəkliklərə nəzarəti ələ aldığını bildirir, beynəlxalq birlik atəşin dayandırılmasına çağırır


Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murov dağı istiqamətlərində Ermənistan qoşunlarının nəzarətində olan vacib yüksəkliklər uğrunda döyüşlər aparır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan rəsmiləri Azərbaycanı Dağlıq Qarabağda hücum əməliyyatlarına başlamaqda ittiham edərək hücumlara cavab verildiyini bildirirlər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cəbhənin şimal-qərb istiqamətində, o cümlədən Murov dağı istiqamətində yüksəkliklər və cəbhənin cənubunda, Füzuli-Cəbrayıl istiqamətində 6 kəndə nəzarət ələ keçirilib.

“Bütün cəbhə boyu şiddətli döyüşlər gedir,” rəsmi Bakının məlumatında deyilir.

Ermənsitanın müdafiə rəsmiləri Azərbaycana məxsus iki helikopterin və 14 dronun vurulduğunu bildirir. Ermənistan tərəfi habelə Azərbaycan qüvvələrini mülki əhalini hədəf almaqda və Xankəndi şəhərini hədəf almaqda ittiham edib.Azərbaycan rəsmiləri Tərtər istiqamətində bir helikopterin vurulduğunu təsdiqləyiblər.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın döyüş texnikasının vurulduğunu göstərdiyi iddia edilən bir neçə video paylaşıb.

Azərbaycan və Ermənistan Təhlükəsizlik Şuralarının iclası keçirilib. Ermənistan hökumətinin məlumatına görə, ölkədə hərbi vəziyyət və ümumi hərbi səfərbərlik elan edilib.

Azərbaycan-Ermənistan cəbhə xəttində vəziyətin gərginləşməsi geniş beynəlxalq marağa səbəb olub. Rusiya və Türkiyə xarici işlər nazirləri regionda yaranan gərgin durumu müzakirə edib. Bir sıra dövıətlər, o cümlədən Gürcüstan tərəflər arasınada vasitəçi olmağa hazır olduğunu bəyan edib.

ATƏT-in Minsk qrupu həmsədrləri də Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.

Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırır.

“Biz güc tətbiqini qınayır və mülki şəxslər də daxil olmaqla, insan itkisindən təəssüfümüzü bildiririk. Həmsədrlər tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırır və münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını bəyan edirlər,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG