Accessibility links

Azərbaycan Dövlət Sərhəd Xidməti Xəzərdə terror-təxribatların qarşısının alınması ilə bağlı təlim keçirib


Azərbaycan Dövlət Sərhəd Xidməti Xəzərdə terror-təxribatların qarşısının alınması ilə bağlı təlim keçirib
Azərbaycan Dövlət Sərhəd Xidməti Xəzərdə terror-təxribatların qarşısının alınması ilə bağlı təlim keçirib

Dövlət Sərhəd Xidməti Xəzərdə terror-təxribatların qarşısının alınması ilə bağlı təlim keçirib.

Adı çəkilən qurumun rəsmi məlumatına görə təlim sentyabr ayının 13-dən 15-dək davam edib.

Taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin müasir naviqasiya və radiotexniki avadan­lıqlarla, silah sistemləri ilə təchiz edilmiş sərhəd gözətçi gəmi­ləri, DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopterləri, pilotsuz uçuş aparatları, kütləvi qırğın silahlarının və onların komponentlərinin aşkarlanması və müəy­yən­ləşdirilməsi üzrə xüsusi avadanlıqlar, dəniz kampaniyasına yeni qəbul edilmiş müşahidə, aşkaretmə təyinatlı sualtı aparatlar, yerüstü və dəniz əməliyyat­larında tətbiq üçün itisürətli amfi­biya qayıqlar istifadə olunub.

"Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Xüsusi Hava Əməliyyatları Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi, enerji infrastrukturlarının mühafizəsi üzrə birgə sərhəd-axtarış əməliyyatlarının aparıl­ması, enerji infrastruk­turlarının mühafizəsi zamanı suüstü və sualtı hədəflərin aşkarlanması və məhv еdil­məsi, sahildə və dənizdə aşkarlanıb təxribat qruplarının zərərsizləşdirilməsi, saxla­nıl­an gəmiyə əsaslı baxışların keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olun­ub.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından dəniz və sahil hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft-qaz infrastrukturu istiqamə­tində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi elementləri yüksək dəqiqliklə icra olunub" rəsmi məlumatda qeyd edilib.

Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib, şəxsi heyət möh­kəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirilib.

XS
SM
MD
LG