Accessibility links

Azərbaycan dərman və tibbi ləvazimatlar alınması üçün 10 milyon manat ayırıb


Koronovirus

Azərbaycan Nazirlər Kabineti dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün on milyon manat ayırıb.

Nazirlər Kabinetinin martın 2-də yaydığı məlumata görə, baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah martın 1-də bildirib ki, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.

“Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub,” qərargahın məlumatında deyilir.

Ölkədə hazırda İrandan gələn üç nəfərdə koronovirusa yoluxma halı aşkarlanıb. 220-dən çox insan karantində saxlanılır. Azərbaycan fevralın 29-dan iki həftə müddətində İranla sərhədləri bağlayıb.

XS
SM
MD
LG