Accessibility links

Azərbaycan Daxili İşlər Nazirliyi azyaşlının cinsi istismara məruz qalması ilə bağlı məlumata münasibət bildirib


Azərbaycan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Neftçala rayonunun Mürsəqulu kəndində azyaşlı qızın üç ildir cinsi istismara məruz qalması ilə bağlı məlumatlara münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, bununla bağlı Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə ekspertiza təyin edilib.

“Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülüməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra halkimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir. Polisin vətəndaşın evinə kamera quraşdırılması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu, müzakirə olunmayan gerçəklikdir," o qeyd edib.

Son günlər ictimai fəal Vəfa Nağı Nefçala rayonunda azyaşlı qızların cinsi istismara məruz qoyulması ilə bağlı məlumatlar yayır.

İctimai fəal Facebook səhifəsində yazıb ki, Mursəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan uşaq üç ildir cinsi istismara məruz qalıb.

“Uşağın istismar olunmasına şərait ana yaradıb. Kənd sakinlərinin dediyinə görə, məsələdən Neftçala rayon polis şöbəsi xəbərdardır. Hətta polis uşaq və ana ilə birgə işləyir və evə kamera quraşdırıb,” o qeyd edib.

Vəfa Nağı bundan öncə, bu il aprelin 3-də Neftçala rayonunun Mirqurbanlı kəndində bir azyaşlının cinsi istismara məruz qalması barədə sosial şəbəkələrdə məlumat yayıb. Bundan sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb və bir nəfərin saxlanılması barədə məlumat yayıb.

Xatırladaq ki, son bir neçə ildə ölkədə feminizm hərəkatı genişlənib. Feministlər qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiya keçirib.

Yerli qadın hüquqları müdafiəçiləri hesab edir ki, Azərbaycanda qadınların tənqidi səsləri eşidilmir.

Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazimi qaydada cəza görməyincə qadın qətlləri artmaqda davam edəcək. Yerli ekspertlər Azərbaycanın İstanbul konvensiyasına qoşulmasını labüd sayır.

XS
SM
MD
LG