Accessibility links

Azərbaycan demokratiya indeksində 149-cu yerdədir


Böyük Britaniyanın "The Economist" jurnalı hər il tərtib etdiyi demokratiya səviyyəsinə görə ölkələrin illik reytinqini ("Demokratiya indeksi 2018") dərc edib. Azərbaycan 2018-ci ildə yenə avtoritar dövlətlər qrupuna aid edilib, həm də bir pillə aşağı -148-ci yerdən 149-cu yerə düşüb.

İndeks beş kateqoriya üzrə müəyyən edilib: seçki prosesi və plüralizm; vətəndaş azadlıqları; hökumətin fəaliyyəti; siyasi iştirak; siyasi mədəniyyət. Ölkələr dörd kateqoriyaya bölünüb: tam demokratiya; zədəli demokratiya; hibrid demokratiya və avtoritar rejim.

Demokratik ölkələrin ilk onluğuna Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Danimarka, Kanada, İrlandiya, Finlandiya, Avstriya və İsveçrə daxildir.

Demokratiya ilə bağlı 1990-cı illərdə qaldırılmış plakat
Demokratiya ilə bağlı 1990-cı illərdə qaldırılmış plakat

167 ölkədən ibarət siyahını Çad, Konqo, MAR, Suriya, Şimali Koreya sona çatdırır.

Hibrid demokratiyalı dövlətlər siyahısına Ukrayna, Albaniya, Moldova, Ermənistan, Bosniya və Herseqovina, Qırğızıstan, Makedoniya, Monteneqro və Gürcüstan aid edilib.

Rusiya doqquz mövqe aşağı düşüb və 144-cü yerdə qərarlaşıb. O, "avtoritar rejimin" hökm sürdüyü ölkələrə aid edilib. Azərbaycan (149) və İran (150) da bu qrupdadır.

Azərbaycanda rəsmi qurumlar ölkənin demokratiya reytinqindəki yerini şərh etməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG