Accessibility links

Azərbaycan dini toplantının dağıdılmasına görə 28 min avro təzminat ödəyəcək


Avropa İnsan Haqları Məhkəməsi (AHİM) fevrlaın 11-də Azərbaycandan göndərilən şikayətlər üzrə iki qərarını elan edib.

Hər iki qərar hökumətin məhkəməyə təqdim etdiyi təktərəfli bəyannamə diqqətə alınmaqla qəbul edilib.

Məhkəmənin məlumatında deyilir ki, Nicat Pənahov və başqaları Azərbaycana qarşı işdə ərizəçilər Nicat Pənahov, Şəlalə Atamova, Mehparə Cəfərova və Lalə Yusifova olub.

“Yahova Şahidləri” dini icamsının üzvləri olan bu ərizəçilər qatıldıqları dini toplantıya polis müdaxiləsi olmasından şikayət ediblər.

Ərizəçilər iddia ediblər ki, onların işgncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı, din azadlığı və toplaşmaq hüquqlarına müdaxilə edilib. Kommunikasiya zamanı Azərbaycan hökuməti məhkəməyə təktərəfli bəyannamə təqdim edib - iddia olunan pozuntuların baş verdiyini etiraf edib, pozuntuların kompensasiyası üçün hər bir ərizəçiyə 4 min avro verilməsini təklif edib.

Ərizəçilər hökumətin təktərəfli bəyannaməsi ilə razılaşmasalar da AHİM şikayətin davam etdirilməsi üçün gərəkli əsasların olmaması qərarı verib və şikayət baxılacaq işlərin siyahısından çıxarılıb. Qərara görə, hökumət ərizəçilərin hər birinə 4 min avro təzminat ödəyəcək.

Sadullah Genc və başqaları Azərbaycana qarşı iş də dini (islam-red) toplantıya imkan verilməməsi, polislər tərəfindən dağıdılması ilə bağlıdır. Bu işdə ərizəçilər - Sadullah Genc, Tuğrul Kıraz və Saim Samur 2 min manat cərimə olunub, ölkədən çıxarılmalarına qərar verilib. Onlar iddia edirlər ki, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və din azadlığı hüquqlarına müdaxilə edilib.

Bu işdə də hökumət məhkəməyə təktərəfli bəyannamə təqdim edib - iddia olunan pozuntuların baş verdiyini etiraf edib, pozuntuların kompensasiyası üçün hər bir ərizəçiyə 4 min avro ödənilməsini təklif edib. AİHM bu təklifi yetərli sayıb və şikayətin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Hökumət ərizəçilərin hər birinə 4 min avro təzminat ödəməlidir.

Hüquqşünas Xalid Ağəliyev bildirib ki, məhkəmə araşdırmasına səbəb oan hadisələr 2012-2013-cü illərdə baş verib.

“Yahova Şahidləri” dini icmasının üzvləri 26 may 2013-cü ildə Şəmkir rayonunda (Bakıdan 400 kilometr qərb) ikinci ərizəçinin (Şəlalə Atamova) şəxsi evində keçirdikləri dini toplantı zamanı polis tərəfindən saxlanılıb. Onlar Şəmkir Rayon Polis Şöbəsinə 3 saat dindirildikdən sonra sərbəst buraxılıb. İçma üzvləri əvvəlcədən rəsmi icazə olmadan görüş keçirmələri barədə xəbərdarlıq edilib.

Ərizəçilər 25 iyun 2013-cü ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə Şəmkir Rayon Polis Şöbəsinin rəis müavinindən və Daxili İşlər Nazirliyindən şikayət edərək üzr istəmək və 500 manat (təxminən 500 avro) cərimə ödəmək tələbi irəli sürüb. Gəncə İnzibati-İqtisadi Məhkəməsi ərizəçinin iddiasını rədd edib.

2016-cı il mayın 6-da Ali Məhkəmə kassasiya şikayətini də rədd edib və Gəncə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Avropa Məhkəməsinə ikinic şikayətdə göstərilir ki, Türkiyə vətəndaşları Sadullah Genc, Tuğrul Kıraz və Saim Samurun 28 aprel 2012-ci ildə Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) dostlarının şəxsi evində keçirdikləri dini toplantı polis tərəfindən dağıdılıb. Hər dörd şəxs Gəncə şəhərində polisdə təxminən iyirmi saat saxlanıldıqdan sonra məhkəmə tərəfindən barələrində qərar çıxarılıb və sərbəst buraxılıblar.

Gəncə şəhər Nizami rayon Məhkəməsi 2012-ci il iyunun 7-də ərizəçiləri İnzibati Xətalar Məcəlləsinin "Dini etiqad azadlığı haqqında" qanunvericiliyi pozmaqda təqsirli bilib. Onların hər biri 2000 Azərbaycan manatı (təqribən 1800 avro) cərimə olunub və ölkədən deportasiya edilib.

XS
SM
MD
LG