Accessibility links

Azərbaycan və Ermənistan arasında döyüşlər ikinci gündür davam edir


Beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dayandırılması çağırışlarına baxmayaraq, Azərbaycan və Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ bölgəsi ətrafında döyüşləri bazar ertəsi davam etdirib.

Tərəflər bir-birini ağır artilleriyadan istifadə etməkdə ittiham edir.

Azərbaycan Müdafiə Nazirliyi Talış kəndi civarında döyüşlərin getdiyi barədə məlumat yayıb, döyüş zonasından videolar paylaşıb.

Ermənistan Müdafiə Nazirliyi döyüşlərin davam etdiyini təsdiqləyib. Erməni rəsmilər Azərbaycan qüvvələrinin Araz çayı sahili boyunca irimqiyaslı hücum əməliyyatına başladığını, lakin erməni qüvvələrin uğurla müqavimət göstərdiyini bildirirlər. Onlar Azərbaycana məxsus 22 tankın və 10 digər hərbi maşının sıradan çxıarıldığını, habelə Dağlıq Qarabağın cənubunda Azərbaycan hərbi təyyarəsini vurduqlarını iddia edirlər.

Azərbaycan rəsmiləri hərbi təyyarənin vurulması haqda xəbəri təkzib edirlər. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır. Bildirirəm ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir."

Ermənistan mənbələri döyüşlərdə ölən erməni hərbçilərin sayının 84-ə çatdığını, yaralananların 100-ü keçdiyini bildirir.

Azərbaycan tərəfi hərbi itkilərin dəqiq sayı barədə məlumat verməyib. Erməni tərəfi 370-dən çox Azərbaycan hərbçisinin öldürüldüyünü, çox sayda hərbçinin yaralandığını bildirir.

BMT Baş Katibi Antonio Quterreşin mətbuat katibinin açıqladığı bəyanatda onun şiddətli döyüşləri qınadığını və "mülki əhali də daxil olmaqla, insan itkilərinə görə təəssüf hissi keçirdiyi" bildirilib.

Baş katib tərəfləri “döyüşləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa” çağırıb. Bəyanatda Quterreşin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə danışacağı qeyd edilib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolunu tam dəstəklədiyini təkrarlayan Quterreş “ ilkin şərtlər olmadan təcili olaraq dialoqun bərpa edilməsi üçün tərəfləri onlarla sıx əməkdaşlıq etməyə” çağırıb.

ABŞ da bazar günü döyüşlərə son verilməsinə çağırıb. Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus ABŞ-ın eskalasiyanın artmasını ən sərt şəkildə qınadığı bəyanatla çıxış edib. Bəyanatda hər iki tərəf "ən qısa müddətdə substantiv danışıqlara qayıtmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə çağırılıb.

Şərhlərə bax

XS
SM
MD
LG