Accessibility links

Azərbaycan-Ermənistan sərhədində atışma olub, iki nəfər yaralanıb


Azərbaycan-Ermənistan sərhədində qarşılıqlı atışma zamanı hər tərəfdən bir nəfərin yaralandığı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin press-relizində bildirilir ki, iyulun 19-da erməni bölmələri Vedi rayonunun Arazdəyən kəndi tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsi yaxınlığındakı mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramal Bədəlli ayağından yaralanıb. Ona ilk tibbi yardım göstərilib və o, hospitala yerləşdirilib.

Qarşı tərəfin cavab atəşilə susdurulduğu bildirilir.

"Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraitinə qoşunlarımızın bölmələri nəzarət edir," məlumatda deyilir.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan qüvvələrinin ilk olaraq Yerasx ərazisindəki erməni mövqelərinə atəş açdığını söyləyərək, atışmaya görə "bütün məsuliyyətin" Azərbaycanın üzərinə düşdüyünü bildirib.

Ermənistan KİV-ləri rəsmi mənbələrə istinadən bildirib ki, atışma zamanı Ararat vilayəti Yerasx qəsəbə icmasının rəhbəri Radik Ogikyan yaralanıb.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi xüsusi nümayəndəsi Koyvo Klaar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edib.

"Ermənistan-Azərbaycan dövlət sərhədində dərin narahatlıq doğuran hadisələr davam edir. Yeni itikilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv qarşılıqlı əlaqə çağırışımızı təkrar edirik. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırdır," o, Twitter hesabında yazıb.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG