Accessibility links

Azərbaycan gömrükçüləri İrandan gətirilən 244 kiloqramdan çox narkotik götürüb


Biləsuvar gömrük məntəqəsində (İranla həmsərhəd-red) Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana "Bitum membranı" yükü aparan yük avtomobilindən 480 ədəd bağlamada çəkisi 244 kiloqram 344 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, son iki həftə ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 fakt üzrə 730 kiloqram 788 qram narkotik vasitənin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb.

Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaların əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gəitirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG