Accessibility links

Azərbaycan gömrükçüləri İrandan gətirilən 351 kiloqramdan çox narkotik tutub


Narkotik
Narkotik

Azərbaycan gömrükçüləri bu gün, mayın 1-də İrandan gətirilən 351 kiloqramdan çox narkotiki aşkarlayaraq götürüb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, mayın 1-də bu qurumun əməkdaşları 107 kiloqramdan çox heroinin ölkə ərazisindən tranzitinin qarşısını alıb.

“Əsasən Astara gömrük postunun əməkdaşları İrandan Azərbaycandan tranzitlə Çexiyaya gedən dekorativ ağac məmulatlarının olduğu yük avtomobilinə baxış zamanı 107,232 kiloqram heroin aşkar edib. "Volvo" markalı yük avtomobilini Ukrayna vətəndaşı idarə edib,” məlumatda deyilir.

Narkotik
Narkotik

Bu zaman Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində yazıb ki, ölkənin cənub sərhədində - Biləsuvar gömrük postunda (İranla sərhəd-red) 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaların əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gəitirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG