Accessibility links

Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirləri görüşəcək


Martın 4-də Rumınyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü olacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak edəcək .

Bu barədə fevralın 15-də keçirilən brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, görüş zamanı Şərqlə Qərb arasında əlaqə üçün dəniz və quru yük daşınması marşrutunun yaradılması məsələləri müzakirə olunacaq.

"Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü ötən ilin oktyabrında Aşqabadda keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ​​Ukrayna və Rusiya bir-birini Kaxovka bəndini partlatmaqda ittiham edir
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG