Accessibility links

Azərbaycan hökuməti fiziki şəxslərin gömrükdən mal keçirməsi qaydasını sərtləşdirib


Sentyabrın 19-dan etibarən Azərbaycanda fiziki şəxslər tərəfindən malların gömrükdən keçirilməsi qaydaları sərtləşdiriləcək.

Azərbaycan Nazirlər Kabinetinin “Fərdi şəxslər tərəfindən istehsal olunan və ya kommersiya məqsədi ilə istehsal olunmayan malların gömrük sərhədindən sadələşdirilmiş daşınması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarı bunu özündə ehtiva edir.

Yeni qaydalara əsasən ayda bir dəfə güzəştli şərtlərlə Azərbaycan ərazisinə gətirilə bilən malların ümumi dəyəri 1500 dollardan 800 dollara endirilib. Eyni şəxsin adına beynəlxalq bağlamalar və ya digər daşıma şirkətləri vasitəsi ilə 30 gün ərzində Azərbaycana çatdırılan malların ümumi dəyəri 1000 dollardan 300 dollara qədər azaldılıb.

Yeni qaydalara əsasən ayda bir dəfə güzəştli şərtlərlə Azərbaycan ərazisinə gətirilə bilən malların ümumi dəyəri 1500 dollardan 800 dollara endirilib.

Eyni şəxsin adına beynəlxalq bağlamalar və ya digər daşıma şirkətləri vasitəsi ilə 30 gün ərzində Azərbaycana çatdırılan malların ümumi dəyəri 1000 dollardan 300 dollara qədər azaldılıb.

Azərbaycan vətəndaşları ölkəni tərk edərkən nağd milli valyutada (kağız və metal əskinaslar) və milli valyutada qiymətli kağız şəklində 20 min və daha çox miqdarda vəsait çıxarılması üçün gömrük bəyannaməsi tərtib etməli olacaqlar.

Bundan əlavə, mobil telefonlar və digər simsiz rabitə vasitələri ölkəyə gətirildikdə, yazılı şəkildə bəyan edilməlidir.

Ekspertlər hökumətin qərarının inhisarçıların mənafeyinə xidmət etdiyini, sxərda biznesin sıradan çıxaracağını, qiymətlərin artmasına təsir edəcəyini bildirir. Dövlət Gömrük Komitəsi isə qərarın inhisarçı qrupların qanunsuz əməllərinin qarşısının alınmasına xidmət etdiyni bildirir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu: Bu qərar poçt göndərişlərini azaldacaq

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirir ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişikliyə əsasən ölkə ərazisinə gömrük rüsumu ödəmədən hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmamaq şərti ilə mallar gətirməyə icazə verilir. Əvvəlki qərara əsasən bu məbləğ bir şəxs üzrə 1500 ABŞ dolları olub.

İndiki halda qəbul edilən qərarlar həm qiymətlərə artırıcı təsir göstərəcək, həm də poçt göndərilşlərinin azalmasına və bununla məşğul olan şirkətlərin dövriyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

Bundan əlavə, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətirilən malların dəyəri hər təqvim ayı ərzində 300 ABŞ dollarını keçməməlidir. Əvvəlki qərara əsasən bu məbləğ bir şəxs üzrə 1000 ABŞ dolları olub.

Fiskal məqsəd, yəni büdcəyə daha çox vəsait yığmaq üçün edilən bu dəyişiklik dolanışığını xaricdən mal alıb, gömrük rüsumu ödəmədən ölkəyə gətirən və daxildə satmaqla təmin edən xırda ticarətçilər üçün ağır zərbədir. Bu yolla ailə dolandıranların yalnız qazancları azaldılmır, həm də onlar bazardan sıxışdırılaraq çıxarılır.

Hesab edirəm ki, xüsusilə də pandemiya dövründə ölkəyə məqsədindən asılı olmayaraq malların gətirilməsi və idxalı qaydaları sərtləşdriilməli deyil, əksinə liberallaşdırılmalıdır ki, daxili bazarda əmtəə bolluğu təmin olunsun, qiymətlər də sabit qalsın. İndiki halda qəbul edilən qərarlar həm qiymətlərə artırıcı təsir göstərəcək, həm də poçt göndərilşlərinin azalmasına və bununla məşğul olan şirkətlərin dövriyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.

Bu tədbir həmçinin manatın devalvasiyanı ertələməyə xidmət edir, ölkədən valyuta çıxarılmasının məhdudlaşdırılması məqsədi daşıyır.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Yəni sentyabrın 20-dən tətbiq ediləcək.

Osman Gündüz
Osman Gündüz

Osman Gündüz: Hökumət e-ticarəti məhdudlaşdırmağa yönələn addım atıb

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Nazirlər Kabinetinin qərarını vətəndaşların hesabına idxalçı şirkətləri qoruyan `absurd qərar` adlandırır.

Ekspertin firkincə, hökumət bu qərarı ilə e-ticarəti məhdudlaşdırmağa yönələn addım atıb.

Nazirlər Kabinetinin bu məsələləri tənzimləyən 2013-cü il tarixli qərarına yeni dəyişikliyi çox qüsurlu qərardır.

2013-cü ildən başlayaraq kimlərsə bu istiqamətdə inhisarçılıq yaratmaq üçün var qüvvəsi ilə çalışırlar. Hətta 2015-ci ildə prezident tərəfindən verilən fərmanla həmin adı çəkilən məbləğ vətəndaş üçün 10 000 dollar müəyyən olunmuşdu. Üstündən 2-3 ay keçməmiş naməlum qüvvələr prezidentin həmin fərmanının icrasına imkan vermədilər və fərman ləğv edildi.
Osman Gündüz, İnternet Forumunun prezidenti

Ümumiyyətlə, 2013-cü ildən başlayaraq kimlərsə bu istiqamətdə inhisarçılıq yaratmaq üçün var qüvvəsi ilə çalışırlar. Hətta 2015-ci ildə prezident tərəfindən verilən fərmanla həmin adı çəkilən məbləğ vətəndaş üçün 10 000 dollar müəyyən olunmuşdu. Üstündən 2-3 ay keçməmiş naməlum qüvvələr prezidentin həmin fərmanının icrasına imkan vermədilər və fərman ləğv edildi.

Sonradan Dövlət Gömrük Komitəsi bir neçə dəfə Nazirlər Kabinetinə təklif vermişdi ki, bu rəqəmlər azaldılsın. Lakin o zaman 2015-ci ildə Nəqliyyat, Rabitə, Yeni Texnologiyalar və İqtisadiyyat Nazirliyinin əks rəyi olduğundan Dövlət Gömrük Komitəsi qərarını keçirə bilməmişdi.

Yəni, yaxın keçmişin tarixini biz unutmamışıq, prezident fərmanını ləğv etdirə bilənlər, görünür yenidən hücumdadırlar.

Problem haradadır?

Ölkədə yerli istehsal olmadığı bir zamanda adi vətəndaşlar tərəfindən şəxsi məqsədlə gətirilən mallara məhdudiyyət tətbiq etmək doğru bir yanaşma deyil. Bu, sadəcə bir qrup idxalçıları, daha doğrusu məlum sahələr üzrə "bazarın böyük oyunçularını" himayə etməkdir.

Müşahidələr göstərir ki, vətəndaşların karqo-daşıma şirkətləri ilə gətirdiyi malların demək olar ki, heç biri ölkədə istehsal olunmur.

Dövlət başçısı bütün çıxışlarında sadə vətəndaşların haqqına girməməyə, onların maddi rifah halının yüksəldilməsinin vacibliyinə diqqət çəkir. Vətəndaşların alıcılıq qabiliyyətinin yüksəldilməsi indiki halda daha doğru olardı.
Osman Gündüz, İnternet Forumunun prezidenti

Vətəndaşların yerli bazarda 3-4 dəfə baha olan bir malı xarici bazardan ucuz almasının qarşısını almaq, yerli bazarı qorumaq deyil.

O ki, qaldı sui-istifadənin, kimlərinsə bu qaydalardan istifadə edərək kommersiya qurmağının qarşısını almağa, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Nəqliyyat, Rabitə,Yeni Texnologiyalar Nazirliynin əlində bu proseslərə nəzarət etmək üçün yetərincə imkanlar var.

Fikrimcə, Dövlət Gömrük Komitəsi hazırda mövcud olan 36% gömrük rüsumun azaldılması ilə bağlı hökumətə təkliflər verməsi daha doğru olardı.

Dövlət başçısı bütün çıxışlarında sadə vətəndaşların haqqına girməməyə, onların maddi rifah halının yüksəldilməsinin vacibliyinə diqqət çəkir. Vətəndaşların alıcılıq qabiliyyətinin yüksəldilməsi indiki halda daha doğru olardı.

Hökumət təcili bu qərarına yenidən baxmalıdır. Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır. Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün, e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir.

Məsələn, vətəndaş 700 manat ətrafında mobil telefonu internet mağazadan alıb ölkəyə karqo ilə, poçtla gətirmək istəyirsə əlavə olaraq 142 manat ödəniş etməlidir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Gömrük Komitəsi: Qərar bəzi inhisarçı qrupların qeyri-qanuni əməllərinin qarşısını almağa yönəlib

Dövlət Gömrük Komitəsi bildirir ki, Nazirlər Kabinetinin qərarı ölkənin bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yanlış şərh edilərək ictimaiyyət arasında müəyyən anlaşılmazlıqlara səbəb olub.

Müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.
Dövlət Gömrük Komitəsinin məlumatından sitat

"Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək ölkənin gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb. Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu. Bundan əlavə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı.

Beynəlxalq təcrübə olaraq, məsələn Türkiyə qanunvericiliyinə əsasən qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 təqvim ilində yalnız 1ədəd telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır.Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir. Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur.

Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız Əlavə Dəyər Vergisi tutulur.”

Gömrük Komitəsi hesab edir ki, dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsinin təkmilləşdirilməklə büdcə daxilolmalarında da mühüm rol oynayacaq.

“Lakin bəzi sosial şəbəkə istifadəçiləri edilən dəyişikliklərin guya inhisarçılığa şərait yaradacağına, elektron ticarətin inkişafına əngəl törədəcəyinə dair fikirlər irəli sürür, ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Birmənalı olaraq qeyd edirik ki, bu kimi fikirlərin heç bir əsası yoxdur, əksinə bu qərar bəzi inhisarçı qrupların qeyri-qanuni əməllərinin qarşısını almağa yönəlib ki, həmin insanların narazılığı da başa düşüləndir,” məlumatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG