Accessibility links

Azərbaycan hökuməti Lüksemburq stadionunda baş verənlərdə günahkarların cəzalandırılmasını istəyir


“Azərbaycan Xarici İşlər Nazirliyi "Dyudelanj" (Lüksemburq) - "Qarabağ" futbol komandalarının oyunu zamanı təxribatla bağlı vəziyyəti izləyir və təqsirkarların cəzalandırılmasını gözləyir.”

Bu barədə Azərbaycan Xasrici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

“Akkreditə edilmiş səfirə Lüksemburq Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq və təxribatda təqsiri olanların tapılıb müvafiq cəzanı çəkəcəklərindən əmin olmaq tapşırılıb,” o, Tvitter-dəki mikrobloqunda yazıb.

Öz növbəsində, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da bəyanatla çıxış edib.

Oktyabrın 4-də AFFA Avropa Futbol Federasiyaları Assosiyasına (UEFA) rəsmi şikayət verərək, müvafiq tədbirlər görülməsini tələb edib.

"`Jozi Bartel`stadionunda baş verənlər, hər şeydən əlavə futbolçuların təhlükəsizliyini riskə qoyub. Ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün tədbir görüləcək," bəyanatda bildirilir.

AFFA UEFA-nın araşdırma aparacağından və zəruri qərarları qəbul edəcəyindən əmindir.

Ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün tədbir görüləcək.


AFFA bütün matçların UEFA və FİFA-nın himayəsi altında, qarşılıqlı hörmət çərçivəsində keçirilməsi ideyasını dəstəkləyir və futbol oyunları zamanı istənilən siyasi təxribatları qəti şəkildə pisləyir.

Azərbaycanın "Qarabağ" futbol klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində rəqib meydançasında Lüksemburqun "Dyudelanj" komandasına 4:1 hesabı ilə qalib gəlib.

Oyunun 30-cu dəqiqəsində hesab 2:0 olduğu zaman meydan üzərində Azərbaycanın ermənilərin nəzarətində olan Dağlıq Qarabağ regionundakı rejimin bayrağını daşıyan dron qaldırılıb. Hakim "Qarabağ" futbolçularının etirazını nəzərə alıb, matçı dayandırıb və komandaları soyunma otaqlarına göndərib.

Fasilə 25 dəqiqə çəkib. Lüksemburqun idman naziri stadionda baş verən hadisəyə görə ölkə hökuməti adından üzr istəyib, ölkəsinin bununla əlaqəsi olmadığını və baş verənlərə görə təəssüf etdiyini bildirib.

Bundan sonra oyun davam etdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG