Accessibility links

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən hərbi təlimlərdə iştirak edəcək


Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir

Azərbaycan hərbçiləri mayın 24-də Türkiyənin Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

Azərbaycan Orudusu bu il Türkiyə Ordusu ilə birgə bir neçə təlim keçirib.

Belə ki, fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri olub.

Martın 27-də Azərbaycan və Türkiyə Ordusu “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” birgə təlimləri keçirilib.

Aprelin 6-dan 8-dək Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirilib.

XS
SM
MD
LG