Azərbaycan Ordusunun hərbçiləri Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” təlimlərində iştirak edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi Twitter səhifəsində məlumat yayıb.
Məlumatta deyilir ki, təlimləri Türkiyə Milli Müdafiə Nazirliyinin Terrorla Mübarizə üzrə Təhsil və Təlim Mərkəzi təşkil edib.
Bundan öncə də 2021-ci il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.
Bu il martın 15-dən 18-dək isə Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib.
Təlimlər zamanı qoşun növləri "terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları" üzrə tapşırıqları icra edib.