Accessibility links

"Azərbaycan hakimiyyəti özünə qarşı ancaq nifrət yaratmağı bacarır"


Orduxan Temirxan

Siyasi fəal Orduxan Temirxan Amerikanın Səsinə müsahibəsində Azərbaycan həftəsonu tətbiq olunan sərt karantin qaydalarının səbəblərindən və polisin Yasamal rayonunda həyata keçirdiyi əməliyyatlardan danışıb.

"Azərbaycan hakimiyyəti özünə qarşı ancaq nifrət yaratmağı bacarır"
please wait

No media source currently available

0:00 0:26:11 0:00

Orduxan Temirxanın sözlərinə görə, dünya ölkələrinin bir çoxunda karantin qaydaları yumşaldığı bir vaxtda anidən Azərbaycanda qaydalar sərtləşdirilərək insanların həftəsonu çölə çıxmasına ümumiyyətlə qadağa qoyulursa insanlar buna etiraz etməkdə haqlıdırlar.

Hökümət 27 ildir Azərbaycan xalqına qarşı zorakılıq edir.

“Biz görürük ki, şənbə və bazar günləri polislər şəhərdə küçəyə çıxan insanları terrorist kimi tutub aparmağa başladı. Bu zaman insanların verdiyi reaksiya çox normal idi. Əgər hansısa polis əməkdaşı qanunsuz şəkildə vətəndaşa qarşı təcavüz edisə, o zaman vətəndaşın borcudur ki, öz vətəndaşını, öz qonşusunu qorusun. Bu çox adekvat reaksiya idi. Azərbaycanda dövlət məmuruna, polisə və ümumilikdə hökümətə qarşı heç bir inam qalmayıb. Bunun da günahkarı məhz hazırkı hakimiyyətdir.”

Siyasi fəal qeyd edir ki, baş verən hadisələrdən sonra bəzi insanların sosial şəbəkələrdə təəccüblənmiş şəkildə reaksiya verməsi başadüşülən deyil.

Mən illərdir deyirəm ki, hamımızın qapısı döyüləcək.

“Bəzi insanlar bu hadisəyə çox təəccüblənmiş reaksiya verir və deyirlər ki, bu artıq qırmızı xətti keçməkdir. Mən neçə illərdir deyirəm ki, hər kəsin qapısı döyüləcək. Mənim ailəmdən 15 nəfəri 32 polis tərəfindən bir gecədə evindən götürərək Suraxanı baş polis idarəsinə aparan zaman insanlar məni günahlandırırdılar. Mən nə etmişdim ki? Mən sadəcə Heydər Əliyevin heykəlinə “Biz qul deyilik” yazdığı üçün işgəncələrə məruz qalan Bayram və Qiyasa dəstək olmaq üçün Heydər Əliyevin şəklini yerə atıb, tapdalamışdım.

İndi bu həmin terrordur ki, o vaxt Azərbaycan xalqı susdu. Əgər bu gün Azərbaycan kişisini evlərinin içinə girərək aləsinin qabağında çılpaq şəkildə küçəylə aparırlarsa və bunu polis özü çəkib, xalqa göstərirsə, bu o deməkdir ki, biz sizin hamınızı əzərik.”

Xədicə İsmayılın evinə kamera qoyanda, Orduxanın ailəsinə, Tofiq Yaqubluya terror ediləndə, Nardaran, Gəncə hadisələrindən sonra insanlara qarşı amansız davranılanda sərt reaksiya verilməli idi.

Cənab Temirxan əlavə edir ki, polisin karantin rejimini pozduğuna görə vətəndaşa qarşı bu həcmdə zorakılıq etməyə haqqı yoxdur və bu hadisədə polisə haqq qazandıranlar hakimiyyətin köləsi və bu hakimiyyətdən bəhrələnən yaltaqlardır.

“Nədi-nədi polisin hansısa vətəndaşı haqsız yerə saxlamağına etiraz olaraq insanlar yuxarıda su və zibil atıb. Heç daş da atmayıblar. Bu bir etirazdır. Əgər polis özbaşınalıq edərsə vətəndaşın etiraz etmək haqqı var. Nə olur olsun karantin rejimini pozduğuna görə vətəndaşa qarşı bu həcmdə zorakılıq edilməməlidir. Haqqı yoxdur.”

Siyasi fəal qeyd edir ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra polislə xalq arasında o qədər dərin bir uçurum yaranıb ki, bu insanlar hökümətdə qaldığı müddətcə həmin uçurumu aradan qaldırmaq mümkünsüzdür.

“Atdıqları hər addım özlərinin əksinə işləyir. Hökümət, polis son zamanlarda özünü xalqa sevdirməyə çalışır amma bunu edərkən belə aradakı uçurum daha da dərinləşir.

Hökümət elə bilir ki, Azərbaycan xalqını əbədi olaraq istədikləri kimi əzə biləcəklər.

Çünki, bunlar o tərbiyənin sahibi deyillər. Bunlar o dövlətçiliyi, o idarəçiliyi bacarmırlar. Bunlar sevdirə bilmirlər. Ancaq nifrət yaradırlar, çünki, nifrətlə gəliblər hakimiyyətə. Bunlar Azərbaycanı sevdiklərindən, xalqa xidmət etmək istədiklərindən dövlət məmuru olmayıblar. Bunlar Azərbaycanı talamaq, ölkəni parçalamaq üçün, Qarabağı, nefti satmaq üçün, övladlarımızı cani adlandırıb cəzalandırmaq üçün hakimiyyətə gəliblər. Bunlar elə bilirlər ki, Azərbaycan xalqını əbədi olaraq istədikləri kimi əzə biləcəklər.

XS
SM
MD
LG