Accessibility links

“Azərbaycan hakimiyyəti qadın haqlarının qorunmasına səmimi yanaşmır”


“Azərbaycan hakimiyyəti qadın haqlarının qorunmasına səmimi yanaşmır”
please wait

No media source currently available

0:00 0:05:32 0:00

“Azərbaycan hakimiyyəti qadın haqlarının qorunmasına səmimi yanaşmır”

Oktyabrın 20-də Bakının mərkəzində, Natavanın heykəli önündə “şiddətə susma”, “şiddətə dözmə” kimi şüarlarla aksiya keçirilib. Nümayişçilər Azərbaycanda baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara etiraz edib.

Aksiya iştirakçıları polisin kobud rəftarına məruz qalıb, saxlanılanlar olub.

Azərbaycan hökumətini qadınların ərləri tərəfindən döyülməsi, öldürülməsini araşdırması və ya İstanbul Konvensiyasını ratifikasiya etməsinə könüllü görmürəm.

Azərbaycanda son zamanlar qadına qarşı zorakılıqlar mövzusunun gündəmdə aktivləşməsinin səbəbləri haqda danışan hüquqşünas Samirə Ağayevə bunu qadın hüquqları müdafiəçilərinin artması ilə izah edib.

"Qeyri-rəsmi statistikaya görə, son 9 il ərzində Azərbaycanda qadınlara qarşı şiddətlə bağlı 119 hadisə qeydə alınıb. Bu 119 hadisənin 33-də qadınlar qətlə yetirilib," deyə Samirə Ağayeva bildirib.

Qadın zorakılığına qarşı etiraz edən azərbaycanlı qadınların aksiyasından dərhal sonra BMT bəyanat yayaraq, Azərbaycan hökumətini bu kimi zorakılığın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

BMT-nin qadınlara qarşı zorakılığa son qoyulmasına dair çağırışına nə qədər əməl ediləcəyinə dair qadın hüquqları müdafiəçisi Samirə Ağayevə İstanbul konvensiyasının ratifikasiyasının əhəmiyyətini vurğulayıb.

"Əgər onun həyata keçirilməsi mexanizmləri olsa, konvensiyanın əhəmiyyəti böyük olacaq. Həmçinin səlahiyyətli orqanların da nəzarət mexanimzmi olmalıdır" - deyə, hüquqşünas qeyd edib.

Bu Konvensiya beynəlxalq standartlara uyğun olaraq zorakılığın yayılma miqyasına dair araşdırma, zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması, zorakılıqdan zərərçəkmişlər üçün xüsusi xidmətlər və cinayətkarların məsuliyyətə cəlb olunması kimi tədbirləri nizamlayır.

Qadın və qızlara qarşı zorakılıq törədənlərin cəzasız qalması və hüquq-mühafizə orqanlarının bu hallara göz yumması haqda yazar Zümrüd Yağmur hesab edir ki, qadın və qızların müdafiəsi problemi 2-ci, 3-cü, hətta 4-cü dərəcəli problem kimi görünür.

Zümrüd Yağmur
Zümrüd Yağmur

O, bildirib ki qadınların müdafiəsi və ya hüquqlarına dair hər hansısa proqramın iqtidar tərəfindən işləməsinə imakan yaratmasını gözləmək mümkün deyil

“Çünki Azərbaycanda nəinki, qadınların, bütün insan haqlarının hansı durumda olduğu zatən bəllidir. Azərbaycan hökumətini qadınların ərləri tərəfindən döyülməsi, öldürülməsini araşdırması və ya İstanbul Konvensiyasını ratifikasiya etməsinə könüllü görmürəm.”

19 oktyabr mitinqi bütövlükdə Azərbaycanda insan haqları, azad seçkilər, təməl haqları, demokratiya və siyasi məhbusların azadlığı tələbi idi

Qadınların son aksiyasının müxalifətin etirazını arxa plana çəkmək mahiyyəti daşıdığına dair sosial mediada reaksiyalar paylaşılır. Bu haqda fikrini bölüşən Zümrüd Yağmur Azərbaycanda cəmiyyətin qadına şiddətə normal hal kimi baxdıqlarını deyib. Bu fikri yanlış adlandıran Zümrüd Yağmur hesab edir ki, 19 oktyabr mitinqi bütövlükdə Azərbaycanda insan haqları, azad seçkilər, təməl haqları, demokratiya və siyasi məhbusların azadlığı tələbi idi.

"Tələblər o qədər genişdir ki, bütün cəmiyyəti əhatə edir. Qadın hüquqlarının müdafiəsi tələblərinin o tələbləri arxada qoyacağına dair fikirlər absurddur," yazar əlavə edir.

Samirə Ağayeva
Samirə Ağayeva

Azad toplaşmaq və qadın hüquqlarının müdafiəsinə dair aksiyalara polisin müdaxiləsi bir sıra təşkilat tərəfindən tənqid edilib.

Polis isə aksiyaların qarşısının alınmasını onların şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah edib.

XS
SM
MD
LG