Accessibility links

Azərbaycan hava qüvvələrinin hərbçiləri Türkiyədə təlim keçir


Azərbaycan hava qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən təlimlərdə iştirak edirlər.

Bu barədəTürkiyə Milli Müdafiə Nazirliyi tvitter hesabında məlumat yayıb.

“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir," Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Son illərdə Azərbaycan və Türkiyə hərbçiləri çoxsaylı birgə təlimlər keçirməkdədir.

Bu il də birgə təlimlər davam etdirilir.

Belə ki, 2021-ci il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.

Bu il martın 15-dən 18-dək isə Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı qoşun növləri "terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları" üzrə tapşırıqları icra edib.

Martın 27-dən Azərbaycan Ordusunun hərbçiləri Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” təlimlərində iştirak edir.

Martın 28-də Azərbaycan Ordusunun hərbçiləri Türkiyənin Sparta vilayətindəki Dağ Komanda Məktəbi və Tədrisi Mərkəzində Türkiyə hərbçiləri ilə birgə “Dağçılıq təlimləri” keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ​​Ukrayna və Rusiya bir-birini Kaxovka bəndini partlatmaqda ittiham edir
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG