Accessibility links

Azərbaycan İngiltərə və Bolqarıstanın bəzi bölgələrindən quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq edib


Azərbaycan İngiltərənin Şimal-Şərqi İngiltərə və Bolqarıstanın Pleven inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Xatırladaq ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən İngiltərənin Şimal-Şərqi İngiltərə (North East England) və Bolqarıstanın Pleven (Pleven) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İngiltərə və Bolqarıstandan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət edib.

Xatıraladaq ki, Azərbaycan fevralın 12-də Çexiyanın Orta Çexiya və Almaniyanın Brandenburq inzibati ərazi vahidlərindən quş qripi ilə əlaqədar bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Şərhlərə bax

XS
SM
MD
LG