Accessibility links

Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib


Ümumilikdə İranın Azərbaycana qoyduğu investisiyaların həcmi 3,4 milyard dollara çatıb.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşdə deyib.

O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 74%, bu ilin beş ayı ərzində isə 2,3 dəfə artıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumtaına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 257068,8 min dollar, 2018-ci ildə 446032,7 min dollar olub.

Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə, nazir Mustafayev diqqətə çatdırıb ki, enerji, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq, maliyyə, İKT, ekologiya, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının rəhbəri Qulamreza Tacgərd ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini vurğulayıb.

“Qarşılıqlı ticarətin genişlənməsi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün potensial var,” o qeyd edib.

İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının katibi Əlireza Əşrəf iki ölkənin sahibkarları arasında əlaqələrin, birgə layihələrdə iştirakın genişləndirilməsinin önəmini qeyd edib.

İran ABŞ-ın sanksiyaları altındadır. Ekspertlər hesab edir ki, ABŞ sanksiyaları İranın Azərbaycanla sərhədyanı ticarətinə və fərdlər vasitəsi ilə pərakəndə ticarətinə təkan verəcək.

Azərbaycan-İran arasında 1992-ci ildən indiyədək imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə edir.

"Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişində İranın NICO şirkəti 10 faiz paya malikdir.

1993-cü ildən İranın Bank Melli Bakı filialı fəaliyyət göstərir.

2018-ci il martın 29-da Azərbaycanın Neftçala rayonunda ildə 10 min avtomobil istehsal etmək gücünə malik Azərbaycan və İran birgə zavodu istifadəyə verilib.

Azərbaycan isə Şimal-Cənub dəmiryolu dəhlizinin İranda inşasına 500 milyon dollar investisiya yönəldib.

Dünyaya Baxış

Dünyaya Baxış. AXCP fəalı həbs edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG