Accessibility links

Azərbaycan-İran sərhədində 3 sərhəd pozucusu öldürülüb


Dövlət Sərhəd Xidməti
Dövlət Sərhəd Xidməti

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb

Azərbaycan-İran sərhədində 3 sərhəd pozucusu öldürülüb.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Məlumata görə, oktyabrın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi (Bakıdan 291 kilometr cənub-qərb) yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.

"Sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İran istiqamətində, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstərib. Sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat edib," məlumatda qeyd edilir.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar­­­kotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun­ub.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Məlumatda öldürülən sərhəd pozucularının hansı ölkənin vətəndaşı olması bildirilimir.

Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə daşınır. Hüquq- mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən və Avropa ölkələrinə daşınması nəzərdə tutulan tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.

Eyni zamanda dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.

2018-ci ilin sonlarında və bu il ərzində iki ölkə sərhəd təhlükəsizliyi məslələrini dəfələlrə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, bu il İranla sərhəddə silahlı insident zamanı bir neçə nəfər ölüb və ya yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG