Accessibility links

Azərbaycan-İran sərhədində bir nəfər öldürülüb


Azərbaycan-İran sərhədində bir nəfər öldürülüb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin noyabrın 4-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edildiyinə görə, hadisə noyabrın 3-də Sərhəd Qoşunlarının Biləsuvar rayonunun Biləsuvar kəndi (Bakıdan 179 kilometr cənub) yaxınlığında baş verib.

Belə ki, sərhəd pozucusu sərhədçilərin əmrinə tabe olmayaraq İran istqamətində qaçıb. Bu zaman silah tətbiq edilib və həmin şəxs aldığı güllə yarasından hadisə yerində vəfat edib:

“Sərhəd pozucusuna və əraziyə baxış zamanı çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ narkotik vasitələr, 1 ədəd tapança, 1 daraq, 8 ədəd patron aşkar olunub,” məlumatda qeyd edilir.

Dövlət Sərhəd Xidməti bildirib ki, hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşılayan Biləsuvar rayonu sakini Elgün Həsənov və Mingəçevir rayonu sakini Orxan Nəsirzadə şübhəli şəxs qismində saxlanılıb:

"Sərhəd pozucusunun Cəlilabad rayonunun sakini Tural Əmirov olduğu və oktyabrın 31-də "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İrana getdiyi müəyyən edilib," məlumatda deyilir.

Dövlət Sərhəd Xidmətinin məlumatına saxlanılan və öldürülən şəxslərin yaxınları və vəkilləri hələ münasibət bildirməyib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG