Accessibility links

Azərbaycan, İran və Türkmənistan qaz tədarükü üzrə saziş imzalayıb


Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) üzrə üçtərəfli saziş imzalanıb.

İmzalanma hər üç ölkənin prezidentinin iştirakı ilə baş tutub.

İranın Mehr agentliynin məlumatına görə, sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. Çatdırılmalar dekabrın 22-də başlayacaq.

Azərbaycanın bu qazdan nə üçün istifadə edəcəyi barədə məlumat verilmir.

Rəsmi Bakı bu sazişin bağlanması və onun şərtləri barədə hələlik açıqlama verməyib.

Öz növbəsində İran mətbuatı müqavilənin Azərbaycan və İran prezidentləri arasında danışıqlar başa çatdıqdan sonra imzalandığını yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG