Accessibility links

Azərbaycan İrana etiraz notası təqdim edib


Bu gün, avqustun 11-də Azərbaycan İrana etiraz notası təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, nota İrana məxsus avtomobillərin rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlıdır.

Bu məqsədlə İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub.

Mətbuat Xidməti İdarəsi bildirir ki, İran səfirinin diqqəti İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.

“Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb,” Xarici İşlər Nazirliyi bildirir.

Məlumatda həmçinin deyilir ki, görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG