Accessibility links

Azərbaycan İranda koronovirusa qarşı mübarizə üçün 5 milyon dollar yardım ayırıb


Koronovirus
Koronovirus

Azərbaycan hökuməti İrana koronavirusa qarşı mübarizə üçün 5 milyon dollar maliyyə yardımı ayırıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin martın 7-də yaydığı məlumata görə, vəsait 2020-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılıb.

"Azərbaycan və İran arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir," Nazirlər Kabinetinin məlumatında deyilir.

Azərbaycan Respublikası COVID-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.

Bundan əvvəl Azərbaycan koronavirusa qarşı beynəlxalq mübarizə səylərini dəstəkləmək üçün ÜST-ə 5 milyon dollar ayırıb.

Bu günə qədər Azərbaycanda 9 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Xəstəliyə yoluxanlar hamısı İrandan gəliblər. Karantinə yerləşdirilmiş 500 şəxsin əksəriyyəti də son həftələrdə İrandan gəliblər.

XS
SM
MD
LG