Accessibility links

Azərbaycan İranla sərhədi bağlayıb


Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-İran sərhədində
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan-İran sərhədində

Azərbaycanda artıq 3 nəfər koronovirusa yoluxub

Fevralın 29-da Bakı vaxtı ilə saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan və İran arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar bu qərarı qəbul edib.

Məlumatda deyilir ki, yaranmış vəziyyət İranın aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və Azərbaycanın bu qərarı barədə İrana məlumat verilib.

“İran ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaqdır. Zəruri hallarda, İran vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcəkdir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar təmasları və əməkdaşlığı davam etdirir,” məlumatda qeyd edilir.

Hazırda İrandan gələn onlarla insan ölkənin cənub regionundakı xəstəxanalarda karantin şəraitində saxlanılır. Bəzi şəxslər xəstəxanalarda durumun acınacaqlı olduğu barədə videolar yayıb. Həmin videolardan bəzilərini təqdim edirik.

İrandan gələnlərin karantində saxlanılma şəraiti
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Nazirlər Kabineti yanında operativ qərargahın fevralın 29-da yaydığı məlumata görə, ölkədə daha iki şəxsdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Bununla da artıq Azərbaycanda koronavirus aşkarlananların sayı 3 nəfərə çatıb.

Onlardan ikisi, - 1973-cü il və 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşları fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxslır Tehranda, Təbrizdə və Qumda səfərdə olub.

Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

XS
SM
MD
LG