Accessibility links

Azərbaycan ictimaiyyətinin nümayəndələri Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət edib


Saleh Rüstəmov
Saleh Rüstəmov

Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının, hüquq- müdafiə qruplarının və media orqanlarının rəhbərləri Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmlinin azad edilməsi xahişilə ölkə prezidentinə müraciət ediblər.

Onlar Rüstəmlinin Azərabaycanın müstəqilliyi uğrunda hərəkatda, ölkənin ərazi bütövlüyünün qorunmasındakı xidmətlərini, 1992-ci ildə Başkənd əməliyyatında müstəsna rolunu qeyd edirlər.

Müraciətdə qeyd olunub ki, həbsdən azad olunması tələbilə 10 gündən artıq davam edən aclıq nəticəsində Rüstəmlinin səhhətində ciddi problemlər yaranıb.

“Proseslərin bu cür gedişi onun həyatının real təhlükə altında olduğunu və həyatını itirəcəyi ehtimalını artırır”, - müraciətdə qeyd olunur.

Onlar həmçinin qeyd edirlər ki, Rüstəmlinin oğlu 20 ildir böyrək çatışmazlığından əziyyət çəkir.

Müraciət müəllifləri prezidentdən Rüstəmlinin cəzasının qalan hissəsini çəkməkdən azad olunmasını xahiş edirlər.

Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Mehriban Zeynalova, Çingiz Qənizadə, media ictimaiyyətinin nümayəndələri Mehman Əliyev, Qulu Məhərrəmli, Arif Əliyev və digərləri (21 nəfər) imzalayıblar.

Öz növbəsində noyabrın 19-da vəkil Bəhruz Bayramov Penitensiar Xidmətin müalicə müəssisəsində Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli ilə görüşüb. Saleh Rüstəmli həbsdən azad edilməsi tələbilə 14 gündür ki, aclıq edir.

Vəkil Amerikanın Səsinə bildirib ki, Rüstəmlinin vəziyyəti gündən-günə pisləşir.

Onun sözlərinə görə, Rüstəmli görüşə çətinliklə yeriyərək gəlib.

"Saleh Rüstəmlinin üzü tamamilə solğun idi. Onu güclə eşitmək olurdu. Artıq qarışıq danışır, yaddaş problemi var. İstənilən an komaya düşə bilər. Bununla belə, sona qədər aclığı davam etdirmək niyyətindədir", - Bayramov deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə Rüstəmli ya prezident əfvi, ya da Ali Məhkəmənin Plenumunun qərarı ilə azad edilə bilər.

Xatırlatma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

Hüquq müdafiəçiləri prezidentə müraciət edib

Müdafiə Xətti hüquq müdafiə təşkilatı Saleh Rüstəmlinin azadlığa buraxılması xahişi ilə ölkə prezidentinə müraciət edib.

Sənəddə deyilir ki, Saleh Rüstəmli Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub, həbsdə olduğu zaman 13 saylı cəzaçəkmə müəssisəsində aşkar ayrıseçkiçilik zəminində təqib və təzyiqlər altında saxlanılıb.

Beynəlxalq dəstək

Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini, həbsxanada aclıq edən fəal Saleh Rüstəmlini həbsdən azad etməyə çağırıb.

"Saleh Rüstəmli Azərbaycanın görkəmli siyasi məhbuslarından biri bir həftədən çoxdur həbsxanada azad edilməsi tələbi ilə aclıq edir. Ailə üzvləri və vəkilləri son günlər onun səhhətinin kəskin şəkildə pisləşdiyini bildirirlər. Siyasi motivli həbsinə etiraz edən Rüstəmli ölənə və ya azad edilənə qədər aclığı davam etdirəcəyini bildirib", deyə təşkilatın Facebook səhifəsində dərc edilmiş bəyanatında bildirilir.

Rüstəmli 2019-cu ildə siyasiləşdirilmiş ədalətsiz məhkəmə prosesi nəticəsində uydurma qanunsuz sahibkarlıq və narkotik cinayətləri ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan hökuməti bu ittihamlardan çox vaxt hökuməti tənqid edən fəalların qanunsuz həbsi üçün istifadə edir, deyə sənəddə bildirilir.

Saleh Rüstəmlinin aclıq aksiyasına rəsmi qurumların reaksiyası

Saleh Rüstəmlinin aclıq aksiyasına hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Amma Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvləri iştirakı ilə Saleh Rüstəmli ilə görüş keçirib.

Bu barədə yerli media agentliyi olan Turana Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, S.Rüstəmlinin vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə mütəmadi görüşləri təmin olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG