Accessibility links

Azərbaycan ifaçısı “Avroviziya-2021” mahnı müsabiqəsində 20-ci olub


Samirə Əfəndi "Avroviziya-2021" mahnı müsabiqəsində ifa zamanı
Samirə Əfəndi "Avroviziya-2021" mahnı müsabiqəsində ifa zamanı

Niderland Krallığının Rotterdam şəhərində mayın 22-də keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi finalda 65 xal toplayaraq 20-ci olub.

Samirə Əfəndinin ifa etdiyi “Mata Hari” bəstəsinin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir.

“Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqasə Mata Harinin həyatından bəhs edir.

İtaliya müsabiqədə birinci yerə çıxıb. Ölkə təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal toplayan ifa olub.

Builki müsabiqəyə ümumilikdə 39 ölkə qatılıb, onlardan 26 ölkə finala çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG